SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Azərbaycanda vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19-08-2019, 15:20

Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Billurə Hacızadə bildirib.

O vurğulayıb ki, Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb.

"Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək.

Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq", - B.Hacızadə əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031