SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çaylarda sululuq səviyyəsi necədir?

Çaylarda sululuq səviyyəsi necədir?
18-08-2019, 17:30

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 180 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90 faizini təşkil edir.

Avqustun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Avqustun 16-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 19 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 28 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 115 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Avqustun 16-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 62 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 45 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Avqustun 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il avqustun 16-da isə 348 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 65 sm qeydə alınıb. 2018-ci il avqustun 16-da isə bu rəqəm 221 sm təşkil edib. Salyanda suyun səviyyəsi 9 sm artaraq 89 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 155 sm olub və bu göstərici 2018-ci il avqustun 16-da 173 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 30 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il avqustun 16-da isə 70 sm təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30