SON DƏQİQƏ

naxcivanxeberleri.com

Duzla bağlı deyimlər və atalar sözləri

Duzla bağlı deyimlər və atalar sözləri
18-08-2019, 17:00

Ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaratmışdır. Bu da səbəbsiz deyildir. Çünki duz qədim diyarımız Naxçıvanda xalqımızın ən dəyərli sərvətlərindən biri hesab olunur. Naxçıvan duzunun şöhrəti ta qədimdən bu ellərdən kənara çıxmış, tonlarla duz ixrac olunmuşdur. Naxçıvan duzu öz əksini milli folklorumuzda, yəni xalq ədəbiyyatında da tapmışdır. Duz və bununla bağlı yaranan nümunələr olduqca maraqlıdır. Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi münasibətilə Naxçıvanda duz və onunla bağlı yaranmış deyimlər, alqış və qarğışlar, eləcə də atalar sözləri ilə bağlı deyimləri təqdim edirik.

Atəş daşı, duz daşı,
Gəl yeyək bulqur aşı.
Əl-ələ tutaq gedək,
Dosta, düşmənə qarşı.
***
Duz kəsən düz olar,
Duz kəsən namərd olmaz.
***
Aşın tamı duz ilə,
Adamı tanı söz ilə.
***
Əlinin duzu yoxdur və yaxud çörəyinin duzu yoxdur.
***
Duzu yeyib duzlağı batırma.
***
Duzsuz adam üzsüz olar.
***
Duzsuz adamdan düzlük
görməzlər.
***
Duz-çörəyim haqqı.
***
Duzdan duzlu olma,
baldan şirin.
***
Ömrün duz dağına dönsün.
***
Adamı tanımaq üçün
onunla bir pud duz yemək
lazımdır.
***
İnək duza aldanar,
insan sözə.
***
Süfrəni necə düzəltsən də,
duzsuz keçinə bilməyəcəksən.
***
Qız yükü, duz yükü.
***
Dostsuz başım, duzsuz aşım.
***
Duz-çörək borcdur.
***
Duzluğa düşən duz olar.
***
Hələ duza gedirsən.
***
Ətə qurd düşəndə duz vurarlar, bəs duza qurd düşsə,
nə edərlər?
***
Duzu ölçüb at, yağı yox.
***
Ata duzlu yeyib, oğlunu
susuzluq yandırır.
***
Duz yalamış inək quyuya
baxan kimi baxır.
***
Duza dönük çıxan murada
çatmaz.
***
Balama nəzər edənin gözləri duz kimi çırtıldasın.

Zaleh NOVRUZOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30