SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadda yüksək səviyyəli kommunal xidmət göstərilir

Ordubadda yüksək səviyyəli kommunal xidmət göstərilir
18-08-2019, 13:43

Ordubad Rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Ordubad şəhərindəki park və xiyabanların təmizliyinə ciddi fikir verilir, salınmış yaşıllıq zolaqlarında ağac və gül kollarına aqrotexniki qulluq göstərilir. Həmçinin rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının ayda 4 dəfədən az olmayaraq bələdiyyələrlə birgə tərtib edilmiş qrafikə əsasən yığılıb daşınması təmin edilib. Rayonda tullantıların yığılması üçün kənd və qəsəbələrə 331 ədəd irihəcmli, 22 ədəd müasirtipli, şəhərdə isə 12 ədəd iri həcmli, 116 ədəd müasirtipli təmizlik qutusu qoyulub. Şəhər daxilində 5 ədəd yük maşını və 1 ədəd qoşqulu traktor məişət tullantılarının daşınması üçün, bir ədəd buldozer isə poliqonda tullantıların məhv edilməsi üçün ayrılıb.



“El həyatı” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30