SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir

Şahbuz rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir
17-08-2019, 11:31

Rayonda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məqsədi əhalini keyfiyyətli yerli məhsullar ilə təmin etmək, bununla da regionun inkişaf tempini artırmaqdır. Təsərrüfatla məşğul olanlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, toxum, suvarma suyu sarıdan çətinliklərlə qarşılaşmamaları üçün yaradılan şərait bu sahəyə marağı daha da artırıb. Nəticədə əkin sahələrinin ərazisi ildən-ilə genişlənir, ailə təsərrüfatlarının sayı isə artır. Bu da öz növbəsində ailələrinin gəlirlərinin artmasına, məşğulluqlarının təmin edilməsinə, gün-güzəranlarının yaxşılaşmasına, həmçinin təsərrüfat məhsullarının çeşidinin artmasına, keyfiyyətinin yüksəlməsinə öz təsirini göstərir. Deyilənlərin göstəricisi isə bazarlardır. Son illərdə davamlı olaraq keçirilən satış-yarmarkalarda yerli məhsulların həcmi və çeşidi xeyli artıb. Kənd təsərrüfatının yüksəlişi, yerli məhsulların istehsalının artması özünü daha çox bazarlarda göstərir. Çünki bazar münasibətləri rəqabətə uyğun qurulur. Daha ucuz və yüksək keyfiyyətli məhsulların alıcıları da çox olur. Bu mənada rayonumuzda keçirilən satış-yarmarkalar alıcıların daha çox üz tutduqları bir ünvandır. Kənd təsərrüfatı məhsullarının bol olduğu yay aylarında keçirilən satış-yarmarkalarda rayonumuzun ərazisində olan yaşayış məntəqələrindən yüksək keyfiyyətli, müxtəlif çeşidli məhsullar gətirilib satılır. İldə bir neçə dəfə təşkil edilən satış-yarmarkalara alıcıları razı salan məhsullar çıxarılır. Rayonda bu ilin növbəti kənd təsərrüfatı məhsullarının satış-yarmarkasına yenə də mövsümə uyğun meyvə-tərəvəz, dərman bitkiləri, və digər məhsullar çıxarılıb. Yüksək keyfiyyətli, sərfəli qiymətə olan məhsulların bazarda çoxluq təşkil etməsi alıcı razılığı ilə qarşılanıb. Şahbuzlular dadı-tamı, keyfiyyəti ilə ehtiyaclarına uyğun həmin məhsullardan alıb tələbatlarını ödədilər.

Ə.Rzayev

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30