SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada əhalinin içməli su təminatı yaxşılaşdırılır

Muxtar respubilkada əhalinin içməli su təminatı yaxşılaşdırılır
17-08-2019, 10:06

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir. Həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyaların və paylayıcı şəbəkələrin tikilməsi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunmuş, istismara verilmişdir.
Muxtar respublikada rayon mərkəzi və ətraf kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılmasına, kanalizasiya sistemlərinin yenilənməsinə xüsusi diqqət yetirilir. Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müvafiq işlər görülür.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2012-ci ildən həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunda Naxçıvançay yatağında müxtəlif diametrli borularla 1,5 kilometr kaptajın tikintisi başa çatmış, baxış quyuları quraşdırılmışdır. Kaptajdan su anbarına qədər şüşə lifli borularla 5,1 kilometr xətt çəkilmişdir. Ümumi tutumu 15 min kubmetr olan 2 su anbarının tikintisi başa çatmış, su anbarından Babək qəsəbəsinə qədər 7,65 kilometr aparıcı boru xətti çəkilmişdir.
2019-cu ilin ötən dövründə Babək qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilmiş, 1,5 kilometr içməli su xətti və 0,54 kilometr kanalizasiya xətti çəkilmiş, 143 su ev birləşməsi və 243 kanalizasiya ev bağlantısı aparılmışdır. Layihə çərçivəsində Babək rayonunda ümumilikdə, 94,4 kilometr içməli su xətti, 90,2 kilometr kanalizasiya xətti çəkilmiş, 3939 su ev birləşməsi və 1950 kanalizasiya ev bağlantısı aparılmışdır.
Artıq Babək qəsəbəsində sayğaclaşma işləri aparılır, vətəndaşlarla müqavilələr bağlanılır.Sayğaclaşdırma işlərinin görülməsi su təchizatını yaxşılaşdırmaqla yanaşı, su sərfiyyatının normaya salınmasına, sudan qanunsuz istifadə və su israfçılığının qarşısının alınmasına səbəb olur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30