SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qurbanlıq diri heyvan kəsimi və satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb

Qurbanlıq diri heyvan kəsimi və satışı yerlərində dezinfeksiya tədbirləri yekunlaşıb
Dün, 15:20

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən avqustun 14-dən etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına və kəsiminə icazə verilmiş yerlərdə dezinfeksiya tədbirlərinə başlanılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, artıq bütün şəhər və rayon mərkəzlərində müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı yerlərdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb.

Ölkədə infeksion və invazion xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin qorunması məqsədi ilə aparılan profilaktik dezinfeksiya güclü DUK maşınlarla, eləcə də mexaniki və avtomatik dezinfeksiyaedici qurğulardan istifadə edilməklə həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ödənişsiz əsaslarla həyata keçirilən dezinfeksiya tədbirləri həm stasionar, həm də çadır tipli heyvan kəsimi və satışı məntəqələrində aparılıb. Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan kəsimi və ət satışı üçün nəzərdə tutulan ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031