SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həddindən artıq çox işləyən insanların NƏZƏRİNƏ!

Həddindən artıq çox işləyən insanların NƏZƏRİNƏ!
15-08-2019, 17:30

Texas Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri riski artmış olur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, araşdırmanın müəllifləri 1986-2011-ci ilər arasında yaşı 18-dən yuxarı olan 2000 nəfər insana nəzarət edirdilər.

Nəticədə məlum olub ki, iş vaxtı qurtardıqdan sonra işdə tez-tez əlavə qalan və həftədə 45 saatdan artıq işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir. Bu insanların 43%-də stenokardiya, ürək çatışmamazlığı, hipertoniya və digər pozulmalar, o cümlədən infarkt və insult, aşkar edilib.

Belə araşdırmalar bundan əvvəl də keçirilirdi. 2015-ci ildə keçirilmiş araşdırmalar göstərib ki, stress şəraitində işləyən insanlarda işmik insultun riski 22% artır. Alimlər ən stresli peşələr sırasında dayə və bərbər peşələrini qeyd edirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031