SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi aparılır

Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi aparılır
3-01-2019, 15:23

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Tоrpaq Ehtiyatları labоratоriyası tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarının mədəni və təbii bitkilər altındakı torpaqların ekoloji qiymətləndirilməsi aparılır.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev bu məqsədlə Babək rayonunda ekskursiyada olub, torpaq, bitki nümunələri götürüb və fiziki, kimyəvi, morfoloji cəhətdən təhlillər aparıb. Tədqiqat işlərinin nəticələri əsasında inzibati rayon torpaq-kadastr yarımrayonlarına ayrılıb və təsərrüfatların sahələri üzrə ixtisaslaşdırılması aparılıb.
Cari il ərzində, həmçinin Culfa və Şahbuz rayonlarında tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031