SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanının vaxtı açıqlandı

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanının vaxtı açıqlandı
14-08-2019, 18:23

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün növbəti test imtahanının vaxtı açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, sentybarın 8-də ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.

Kollegiyadan bildirilib ki, regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcəkdir. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031