SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beynimizin cəmi 10 faizinimi istifadə edirik? - Lamiyə Quliyeva yazır...

Beynimizin cəmi 10 faizinimi istifadə edirik? - Lamiyə Quliyeva yazır...
14-08-2019, 11:00

Əvvəllər beynimizin mükəmməlliyindən danışılarkən, bu möhtəşəm orqanın möcüzəvi xüsusiyyətləri sadalanarkən, onun əhatə dairəsinin böyüklüyünü göstərmək üçün “Bütün həyatımız boyunca beynimizin ən çoxu 5%-ni istifadə edirik, Eynşteyn kimi dahilər isə ancaq 10%-ni istifadə edirlər”, - kimi ifadələri heyranlıqla dinləyərdik. Bu xüsusda son illərdə aparılan araşdırmalar isə daha fərqli görüşləri göz önünə gətirir.
“Beynimizin 10 %-ni istifadə edirik” ifadəsi Vaşinqton Universitetinin anestezioloqu doktor E. Kudlerə görə yanlış bir düşüncədir, bu sözdür və həqiqətlə heç bir əlaqəsi yoxdur. Bəs bu söhbətlər hardan çıxdı? Bunu heç kim bilmir. Doktor Jay, indiyə qədər bu şəkildə düşünən heç bir nevrologiya mütəxəssisinə rast gəlmədiyini və sözün dünya miqyasında yayılmış bir deyim halına gəlməsini heyrətlə qarşıladığını bildirirdi.
Bununla bağlı bir neçə fikir üzərində dayanaq:
1-ci fikir: Elm adamlarının sözlərinin və tədqiqatlarının yanlış izah olunmasıdır. Belə bir ifadə ilk dəfə XIX əsrdə Eynşteynin və P. Florinsin sözlərinin fərqli qiymətləndirilmələrinin nəticəsi olaraq üzə çıxmış ola bilər. Vilyam Ceyms “İnsan enerjisi” adlı əsərində “İnsan fiziki və zehni güclərinin çox azını istifadə edir”, - demişdir. Bu sözü müxtəlif şəkildə yazmaq olar. Bəziləri burada çox az sözünü 10% şəklində yazarkən, bəziləri də tənbəllik edərək bacarığından az istifadə edənləri nəzərdə tutmuşlar. K. Leşli 1920-ci illərdə siçanların beyinlərinin böyük bir qismini çıxararaq silsilə təcrübələr aparmışdır. Təcrübələrin nəticəsini izah edərkən “Beyinləri çıxarılmış siçanlar bəzi işləri görə bilirlər” deyərək, insanda da beynin bəzi hissələri çıxarıldıqda əhəmiyyətli dəyişikliklərin olmayacağını ifadə etmişdir. Ancaq bu gün bilirik ki, beyindəki çox kiçik sahənin belə sıradan çıxması insanın məhv olması deməkdir. Buna görə epilepsiya və ya beyin şişi əməliyyatlarında beyin cərrahları beyin toxumasına ən kiçik bir zərər verməmək üçün çox həssas və diqqətli çalışırlar. Ən kiçik xəta xəstənin ölümünə və ya bərpası mümükün olmayan şikəstliyə səbəb ola bilər.
2-ci fikir: Populyar medyanın xəbərləri şişirtməsi və ya yanlış izah etməsidir. İnsan beyninin 10 %-ni istifadə edilməsinə dair heç bir araşdırma nəticəsi olmamasına baxmayaraq, buna inanan insanlar belə düşünür: “Əgər beynimin daha çox hissəsini istifadə edə bilsəm, mükəmməl yaddaşa sahib olaram, qeyri-adi zehni qabiliyyətlər qazana bilərəm. Məsələn: düşünmə gücümlə cisimləri hərəkət etdirə bilərəm”. Bu düşüncələri dəstəkləyən və ya təsdiqləyən heç bir elmi-tədqiqat işi yoxdur.
3-cü fikir: İnsanların acizliyidir. Elm dünyası bütün inkişafına baxmayaraq, beyin sirlərini hələ də kəşf etməmişdir və edəcək kimi də görünmür. Buna görə də tədqiqatçılar hər dəfə “Beyin - kainatdakı ən kompleks, ən mürəkkəb üzvi quruluşdur. Bu mükəmməl quruluşun daha çox kəşf olunmayan sirləri vardır” deyərək acizliklərini daha çox etiraf edirlər. Belə çıxır ki, bu gün üçün beynin 10%-i anlaşılmışdır, 90%-i isə kəşf edilməsini gözləyir?
Beynin 10 faizini istifadə etmək nə deməkdir? Onda buradan belə bir nəticə çıxara bilərik ki, beynimizin 10%-ni istifadə ediriksə, 90%-ni çıxaraq, işlətmədiyimiz yükü daşımayaq. İnsan beyni orta hesabla 1400-1500 qramdır. Bunun 10%-i 140 qram olub, bu da da bir qoyun beyninin böyüklüyü qədərdir. Bugünkü tibbi biliklərimizə görə beynin 1%-lik bir qismini belə çıxarıb ata bilmərik. Beyindəki çox kiçik bir sahənin zədələnməsi iflicə səbəb ola bilər. Parkinson xəstəliyi kimi, beynin çox az qisminə təsir edən xəstəliklər, çox böyük qüsurlu nəticələrə səbəb olur.
Yatma-oyanma saatlarında, günlük və mövsümlük ritmlərin yaranmasında və bu işlər üçün melotonin hormonunun ifrazında rol oynayan, görmə sinirlərimizin yolu üstündə olan görmə çarpazı üstü nüvələrin tutduğu həcm 0,3 mm3-dir. Aclıq və susuzluğu nizamlayan, bədən temperaturunu tənzimləyərək termostat vəzifəsini yerinə yetirən və limbik sistemin (beyin yarımkürələrinin içəri səthində yerləşən anatomik törəmələr) mərkəzində yerləşən hipotalamusun ağırlığı 50 qramdır. Zövq, sevinc, kədər, qəzəb və s. duyğularımızın mərkəzi olan limbik sistem isə bütün beynin 1%-ni təşkil edən orta beyində yer tutur. İndi bunlardan hansını çıxarıb ata bilərik? Bunlar bir yana qalsın, millimetrin mində biri uzunluqda olan bir neçə neyronun zədələnməsi belə, sinir sistemimizin möhtəşəm tarazlığını poza bilər. Beyincikdəki kiçik bir zədələnmə, ondan aralı olan başqa bir bölgənin sistem və nizamını poza bilər. Sinir hüceyrələri heç işləməsələr belə, ətraflarındakı sinir hüceyrələrindən onlara siqnallar gəlir. Bir sinir hüceyrəsinə saniyədə 2500 mesaj gəlir, dəyərləndirir və cavab verilir. İnsandakı 100 trilyon hüceyrənin 100 milyardı beyindədir və iki sinir hüceyrəsi arasında da 300-ə qədər bağlantı vardır. Yüz milyard hüceyrənin hər birinin qonşu hüceyrələr ilə bağları, kompleks bir sinir şəbəkəsini təşkil edir.
Beynimiz heç bir zaman bütünlükdə dincələ bilməz. Biz hətta yuxuda ikən o, fəaliyyətini davam etdirir. Çünki yatarkən də nəfəs alırıq, ürəyimiz döyünür, daxili orqanlarımız çalışır, bədən temperaturumuz azalır, qaraciyərimiz 500 müxtəlif vəzifəni yerinə yetirməyi fasiləsiz davam etdirir, beynimizə gedən siqnal bizi səhər tezdən oyadır.
Qısacası, biz hətta yatarkən belə beynimizin heç dayanmadan vücud mexanizminin axsamaması üçün çalışması onun hər bir zərrəsinin nə qədər vacib olduğunu sübuta yetirir.


Lamiyə QULİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031