SON DƏQİQƏ

naxcivanxeberleri.com

AQTA: Əhalini qurbanlıq heyvanlarını tələblərə cavab verən yerlərdə kəsdirməyə çağırırıq

AQTA: Əhalini qurbanlıq heyvanlarını tələblərə cavab verən yerlərdə kəsdirməyə çağırırıq
13-08-2019, 13:50

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə növbəti dəfə müarciət edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Qurban bayramında respublika üzrə 44 stasionar 30 çadır tipli heyvan kəsimi məntəqəsi fəaliyyətini tam gücü ilə davam etdirir.

Agentlik əhalini qurbanlıq heyvanlarını baytarlıq-sanitariya, sanitar-gigiyena tələblərinə cavab verən yerlərdə kəsdirməyə çağırıb.

Qeyd edək ki, Agentlik Qurban bayramında insanların təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, küçə və yol kənarlarının, parkların və ictimai yerlərin təmizliyinin qorunması üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməsinə və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınmasına yol verilməməsi ilə bağlı avqustun 10-da müraciət ünvanlayıb. Müraciətdə qurbanlıq heyvanların kəsimdən əvvəl və sonra mütləq müvafiq baytarlıq müayinəsindən keçirilməli olduğunu vurğulanıb. Bunun heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərt olduğu qeyd olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031