SON DƏQİQƏ

naxcivanxeberleri.com

DANX: Son 5 gündə regionlardan paytaxta 13 minə yaxın sərnişin daşınıb

DANX: Son 5 gündə regionlardan paytaxta 13 minə yaxın sərnişin daşınıb
13-08-2019, 11:50

Bu günə qədər Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72 922 nəfər sərnişin daşınıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bayramın ilk günlərində ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Son 5 gündə regionlardan paytaxta 12 640 sərnişin daşınıb. Bunun 7 990-ı avqustun 12-nin payına düşüb.

"Bu gün regionlarzdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlər üçün əlavə avtobuslar ayrılıb. Bunu nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik. İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz”, - deyə o, qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031