SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmin İnkişafı Fondu qrant müsabiqəsi elan edib

Elmin İnkişafı Fondu qrant müsabiqəsi elan edib
3-01-2019, 10:18

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Fondun mətbuat xidməti məlumatı yayıb. Məlumatda bildirilir ki, müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanının yaradılmasıdır.

Müsabiqədə iştirak etmək üçün layihələr yanvarın 7-dən qəbul olunacaq. Layihələrin onlayn qəbulu fevralın 28-nə, çap versiyasının qəbulu isə martın 1-i saat 17.00-a qədər aparılacaq. Müsabiqəyə yalnız 1 may - 15 iyun və 1 sentyabr – 30 noyabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Müsabiqənin nəticələri mart-aprel aylarında açıqlanacaq.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni nəzərdə tutur.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları keçiriləcək. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031