SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daun sindromlu gənclər DOST Mərkəzində vətəndaşlara xidmət göstəriblər

Daun sindromlu gənclər DOST Mərkəzində vətəndaşlara xidmət göstəriblər
11-08-2019, 20:30

Bir qrup daun sindromlu gənc "Könüllü DOST" proqramında iştirak edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunan gənclər bir günlük "Könüllü DOST" komandasına qoşulublar.

İlkin olaraq könüllülər daun sindromlu gənclərə vətəndaşların qarşılanması, onlara növbə verilməsi, xidmət pəncərəsinə yönləndirilməsi, müxtəlif ərizələrin yazılması və məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı baza bacarıqları öyrədiblər. Bundan sonra daun sindromlu gənclər müstəqil olaraq özləri vətəndaşlara müəyyən sahələrdə xidmət göstəriblər.

Reabilitasiya Mərkəzinin mütəxəssisləri və gənclərin valideynləri təşəbbüsü alqışlayaraq bu cür tədbirlərin tez-tez keçirilməsinin daun sindromlu gənclər üçün cəmiyyətə inteqrasiya baxımından çox vacib olduğunu qeyd ediblər.

Sonda Mərkəzin könüllüləri tərəfindən hazırlanan hədiyyələr qonaqlara təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031