SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yol təmiri və tikintisi diqqət mərkəzindədir

Yol təmiri və tikintisi diqqət mərkəzindədir
11-08-2019, 18:30

Şərur Rayon Yol Təmir-Tikinti İdarəsi 33 kilometr respublika əhəmiyyətli, 362 kilometr yerli əhəmiyyətli yola xidmət edir. Yolların günün tələblərinə uyğun qurulması, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Ələkli kəndi yaxınlığında qum-çınqıl üyüdən və asvalt istehsal edən yeni zavodun istifadəyə verilməsindən sonra rayonumuzda yol tikintisi və təmiri işləri daha geniş sahəni əhatə edir. Qarşıya bir məqsəd qoyulub ki, bütün yollarımız abad və yaraşıqlı olmalı, eni azlıq edən yol çiyinlərinin genişləndirilməsi, körpülərin qaydaya salınması, su keçidlərinin təmizlənməsi, dalğalı yol sahələrinin bərpası daim diqqət mərkəzində olmalıdır.

Bu məqsədlə cari ilin altı ayında rayon üzrə 938 min 731 manatlıq yol təmiri və tikintisi işləri görülüb. O cümlədən, geniş quruculuq işləri aparılan Qışlaqabbas kəndinin yolları əsaslı şəkildə təmir olunub, Muğanlı, Xətai, Yeni Havuş və Xələc kəndlərindəki avtomobil yollarının yenidən qurulmasına başlanıb.

Qeyd olunan müddətdə Şərur şəhərindəki daxili yolların təmirinə 14 min 192 manat, «N» hərbi hissəsinin həyətində yolun genişləndirilməsinə 16 min 669 manat vəsait xərclənib.

Mahmudkənd, Zeyvə, Düdəngə, Yengicə, Kərimbəyli, Qorçulu, Sərxanlı kəndlərindəki yerli əhəmiyyətli avtomobil yollarında 39 min 833 manatlıq cari təmir işləri aparılıb. Qarxun - Muğancıq Mehrab - Məmmədsabir - Şərur şəhəri avtomobil yolunda əsaslı təmir işləri başa çatmaq üzrədir.

Bütün bu işlərin keyfiyyətlə görülməsi üçün idarənin balansında olan 2 ədəd qreyderin, 2 «KamAZ» markalı yükünü özüboşaldan avtomobilin, 1 ədəd avtoyükləyicinin, 2 ədəd ekskavatorun, 1 ədəd buldozerin gücündən səmərəli istifadə olunur.


“Şərurun səsi” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031