SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib

Şərur rayonunda sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib
11-08-2019, 12:48

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat Nazirliklərinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayonunda baş tutub. Şərur, Kəngərli və Sədərək rayonunda fəaliyyət göstərən işəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə hər iki nazirliyin əməkdaşları və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq obyektlərinin nümayəndələri iştirak ediblər.

Görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən məşğulluq siyasətinin səmərəliyinin artırılması, işəgötürənlərin əsas maraqlarının habelə, əmək bazarının prioritet sahələri və ayrı-ayrı regionlar üzrə aspektlərinin öyrənilməsi müzakirə edilib. Həmçinin peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə, işəgötürənlərə müvafiq kadrların hazırlanmasında köməkliyin göstərilməsi, onlardan zəruri rəy və təkliflərin alınması, hərbi xidmətdən yeni tərxis olunan və sosial qayğıya ehtiyacı olanların əmək bazarına çıxış imkanlarının artırılması, həmçinin işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqələrin təşkili ilə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31