SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradıblar

Yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradıblar
9-08-2019, 23:07

Çoxlarına məlum olan "Quru göz sindromu” buynuz qişasının qıcıqlanmasına və görmə ilə problemlər yaranmasına səbəb olur.
NAXCİVANXXEBERLERİ.COM xəbər verir ki, Amerika mühəndisləri tərəfindən yaradılmış unikal platformanın köməyi ilə əczaçılar xəstəliyə qarşı mübarizənin daha effektiv metodlarını işləyib hazırlaya biləcəklər.

Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları 3D-printerin köməyi ilə yaradılmış miniatür ölçülü, məsaməli karkasla qurğunu təqdim ediblər. Şərti olaraq "çipdə göz” adlanan bu sistem jelatindən hazırlanmış göz qırpan və süni göz yaşlarının köməyi ilə səthi daim nəmləndirilən "göz qapağı” ilə təchiz edilib.

Bu mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmlənməsində bu və ya digər damcıların nə qədər effektiv olduğunu aydınlaşdırmağa imkan verəcək. Prototipin əsas üstünlüyü onun ucuz başa gəlməsi və asanlıqla istehsal edilməsi ilə bağlıdır. Tədqiqatçılar belə cihazın köməyi ilə süni göz yaşlarının istehsalçılarının yeni preparatlar hazırlamasını timullaşdırmağı planlaşdırırlar: alimlərin sözlərinə görə, hazırda bazarda gözlərin quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanların qıtlığı hiss olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031