SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qurban bayramı günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək

Qurban bayramı günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək
9-08-2019, 12:10

"Qurban bayramı günlərində iribuynuzlu və xırdabuynuzlu heyvanların baytarlıq-sanitariya ekspertizasının aparılması ödənişsiz həyata keçiriləcək".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

"Qurban bayramı günlərində respublika ərazisində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək. Heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək. Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq".

Qeyd edək ki, adi günlərdə iribuynuzlu heyvanların laborator analizi üçün ödənişin məbləği 5 manat, xırdabuynuzlu heyvanların laborator analizi üçün isə 4 manat müəyyənləşib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031