SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dərmanların istehsalı və satışı ilə bağlı cərimələr sərtləşdirilir

Dərmanların istehsalı və satışı ilə bağlı cərimələr sərtləşdirilir
8-12-2018, 10:31

İnzibati Xətalar Məcəlləsində dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəyə bir sıra əlavələr nəzərdə tutulur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.

Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 452-ci maddəsinə təklif olunan əlavələrdə isə göstərilir ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Bu xəta təkrar törədildikdə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə edilir.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930