SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda fərdi tingçilik təsərrüfatlarının fəaliyyəti genişləndirilir

Şərur rayonunda fərdi tingçilik təsərrüfatlarının fəaliyyəti genişləndirilir
7-08-2019, 21:59

Şərur rayonunda fərdi tingçilik təsərrüfatlarının fəaliyyəti də genişləndirilir, hektarlarla yeni meyvə bağları salınır, yaşıllıqlar artırılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, rayonda yaşayan ailə təsərrüfatçısı Ədalət Quliyev 10 ilə yaxındır ki, tingçilik təsərrüfatı yaradıb. O, icarəyə götürdüyü 0,5 hektarlıq sahədə müxtəlif növ meyvə tingləri yetişdirir. Ədalət Quliyev bağında 30 mindən çox ərik, gilas, badam, armud, şaftalı və başqa meyvə tingləri əkib. Tinglərin qiyməti 2-3 manat arasında dəyişir. Hazırda tingçilik təsərrüfatında tinglərə mövsümə uyğun olaraq qulluq göstərilir, yeni tinglərin yetişdirilməsi üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, sahibkar məhsuldar və keyfiyyətli meyvə sortlarını toxum üsulu ilə artırır. O, daha çox yerli şəraitə uyğun növlərin çoxaldılmasına üstünlük verir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031