SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin yaradılmasının 17-ci ildönümü münasibəti ilə tədbir keçirilib

AMEA Naxçıvan Bölməsinin yaradılmasının 17-ci ildönümü münasibəti ilə tədbir keçirilib
7-08-2019, 22:35

[justify] AMEA Naxçıvan Bölməsinin yaradılmasının 17-ci ildönümü münasibətilə tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bölmənin keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi və­ziy­yətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akade­miyasının Naxçıvan Bölməsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akade­mi­yası Naxçı­van Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnsti­tutu; Batabat Astro­fizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılıb. Ötən 17 il ərzində bu elmi tədqiqat müəssisələrinin maddi texniki bazası təkmilləşdirilib, tətbiqyönümlü işlər görülüb, kadr hazırlığı aparılıb. Akademik vurğulayıb ki, bölmənin əməkdaşları Naxçıvanla bağlı elmi tədqiqat işlərinin aparılmasını, yeni nəşrlərin hazırlanmasını diqqətdə saxlayıb, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak ediblər. Diqqətə çatdırılıb ki, fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Ru­siya, İran, Gür­cüstan və Qazaxıstan elm və təhsil mü­əs­si­sə­ləri ilə sıx elmi əla­qələr qur­ub. Ölkə təhsilində ilk dəfə olaraq “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında müxtəlif mövzularda dərslər təşkil olunub.

Qeyd olunub ki, müəyyən edilmiş müvafiq profillərə uyğun Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılmasından əldə olunan mühüm kitablar, çoxcildliklər, ensiklopediyalar və monoqrafiyalar nəşr edilib. Ümumiy­yətlə, Bölmənin fəa­liyyəti dövründə əməkdaşlar tərəfindən 208 monoqrafiya, 200 kitab, 26 metodik vəsait, 8034 elmi məqalə və konfrans materialı, 209 tezis, 21 xəritə çap olunub. Əsərlər­dən 18 monoqrafiya, 18 kitab, 1709 məqalə və konfrans materialı, 67 tezis xaricdə çapdan çıx­ıb. El­mi məqalələrdən 202-si yüksək nüfuzlu jurnallarda çap olunub. Böl­mənin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 1200-dən çox tarix və mədə­niy­yət abidəsi aşkar olunub və pasportlaşdırılıb. Bu abidələrdən 57-si dünya, 485 isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir.

Tədbirdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək AMEA Naxçıvan Bölməsinin keçdiyi inkişaf yolundan və əldə olunan uğurlardan danışıblar.
[/justify]

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031