SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maqnit qasırğası gözlənilir

Maqnit qasırğası gözlənilir
5-08-2019, 22:28

Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Avqustun 5-6-da aşağı səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək, ümumən sakitlik proqnozlaşdırılır.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031