SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sabah başa çatır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sabah başa çatır
5-08-2019, 19:48

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. Bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Abituriyentlər (həmçinin subbakalavrlar) qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031