SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib
2-08-2019, 22:32

Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən festival 23-29 iyul tarixlərini əhatə edirdi.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, festival ərzində Hindistanın rəngarəng mədəniyyətini, adət-ənənələrini və məişət həyatını özündə əks etdirən filmlərin nümayişi həyata keçirilib.

Festivalın açılışının ilk günündə cənab səfir Vanlalvavna Bavintlunq və səfirliyin əməkdaşları ilə yanaşı, hindistanlı qonaqlar da iştirak edib. Cənab səfir festivalın keçirilməsindən məmnunluğunu dilə gətirərək bu tipli tədbirlərin xalqlar arasında dostluq körpülərinin qurulmasındakı roluna toxunub. O, Hindistan və Azərbaycanın köklü kino keçmişinə sahib olmasına toxunaraq mədəniyyətlərimizin filmlər yolu ilə çatdırılmasının əhəmiyyətini dilə gətirib.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək gələn qonaqları salamlayaraq Mərkəzin belə xoş bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunub.

İlk gün tədbir iştirakçıları və qonaqlar real hadisələr əsasında çəkilmiş əzmkarlıq və mübarizliyin canlandırıldığı "Manjhi: The Mountain Man" filmini izləyiblər. Növbəti günlər ərzində isə müxtəlif mövzulu filmlər nümayiş olunmuş və izləyicilərin marağı ilə qarşılanmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031