SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayon uşaq bağçasında "Kitabi Dədə Qorqud" dastanından "Basat və Təpəgöz" boyu əsasında hazırlanmış cizgi filmi nümayiş olunub

Ordubad rayon uşaq bağçasında
2-08-2019, 17:52

2 avqust 2019-cu il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ordubad rayon uşaq bağçasında uşaqlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə "Kitabi Dədə Qorqud" dastanından "Basat və Təpəgöz" boyu əsasında hazırlanmış cizgi filmi nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əvvəlində çıxış edənlər bildiriblər ki, xalqımızın söz abidəsi, möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri və həm də birincisi "Kitabi-Dədə Qorqud" eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. "Kitabi-Dədə Qorqud" bahadırlıq və qəhrəmanlıq dastanıdır. Sonda bağçanın istedadlı uşaqları tərəfindən şeir və rəqs nümunələri göstərilmişdir.



 Ordubad rayon uşaq bağçasında "Kitabi Dədə Qorqud" dastanından "Basat və Təpəgöz" boyu əsasında hazırlanmış cizgi filmi nümayiş olunub
 Ordubad rayon uşaq bağçasında "Kitabi Dədə Qorqud" dastanından "Basat və Təpəgöz" boyu əsasında hazırlanmış cizgi filmi nümayiş olunub
 Ordubad rayon uşaq bağçasında "Kitabi Dədə Qorqud" dastanından "Basat və Təpəgöz" boyu əsasında hazırlanmış cizgi filmi nümayiş olunub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30