SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Günəş şüalarının zərərli təsirindən necə qorunaq?

Günəş şüalarının zərərli təsirindən necə qorunaq?
1-08-2019, 19:24

Günəş şüaları bir sıra xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirə malikdir.

NAXCİVANXEBERLERİ.COM tibbi saytlara istinadla xəbər verir ki, Günəşin fotosintez və vitamin yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan əhval-ruhiyyəsinə müsbət təsir göstərmək kimi faydalı xüsusiyyətləri var. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də Günəş şüaları məsləhət görülür. Günəş işığı həm də xoşbəxtlik hormonu ifrazını artırır.

Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər. Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır, çünki həmin şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər.

Həkimlər Günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxilində qəbul edilməldir.

Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün geniş kənarları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə etmək lazımdır. Buludlu havalarda Günəş radiasiyası yarıbayarı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq və kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30