SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qaymoritin əlamətləri nələrdir? - Həkim məsləhəti

Qaymoritin əlamətləri nələrdir? - Həkim məsləhəti
30-12-2018, 22:18

İnsan burnunda sağ və sol tərəfdə dörd burunətrafı cib var. Onlardan birinin adı haymor (və ya qaymor) boşluğudur. Həmin boşluğun iltihabı haymorit (qaymorit) adlanır. Qaymorit üz nahiyəsində, burun ətrafında, başı aşağı salarkən və ya tərpədərkən ağrılarla, burundan gələn axıntı ilə özünü büruzə verir. İnsan qrip olarkən də qaymoritin əlamətləri müşahidə edilir.

Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahı Murad Şıxəliyev məlumat verib.

“Qaymorit burunətrafı ciblərin, yəni sinusidlərin bir hissəsi sayılır. Əvvəllər əməliyyat kəskin ağız boşluğundan aparılırdı və daha travmatik formada icra olunurdu. Hazırda isə müasir endoskopiyanın inkişafı əməliyyatı xeyli asanlaşdırıb. Belə ki, əgər xroniki proses olarsa, burun dəliklərindən kənar əlavə kəsik aparılmadan qaymor boşluğuna daxil olunub oradakı çirk, irin və iltihab təmizlənilir. Sinusidlər davamlı, qalıcı olarsa, iybilmənin, görmə orqanının funksiyasının pozulmasına, beyin absesinə, görmənin zəifləməsinə səbəb ola bilər. Ona görə də simptomlar - iyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunarsa, həkimə müraciət edilməlidir”, - Şıxəliyev qeyd edib.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30