SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunun Diyadin kəndində yaşayan aztəminatlı ailəyə baş çəkilib

Şərur rayonunun Diyadin kəndində yaşayan aztəminatlı ailəyə baş çəkilib
31-07-2019, 19:30

Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Diyadin kəndində yaşayan aztəminatlı və sağlamlıq imkanı məhdud övladı olan Hüseynovlar ailəsinə baş çəkilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün onların məşğulluq problemi həll olunur, aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Sonda ailə başçısı Hüseynova Tamella dövlətimiz tərəfindən onlara göstərilən bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031