SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən sosial layihələr müsabiqəsinə sənəd qəbulu başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən sosial layihələr müsabiqəsinə sənəd qəbulu başlayır
31-07-2019, 17:07

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi avqustun 1-dən etibarən “Sosial layihələr” müsabiqəsi üzrə layihələrin qəbuluna başlayır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə sosial layihələr müsabiqəsi elan edib. Müsabiqə vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması, sosial inkişafa yönələn ideya və təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi ilə ölkəmizin inkişafına töhvə verməyə yönəlib.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu avqustun 1-dən 20 noyabr 2019-cu il saat 18:00-dək “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində (www.riib.az) həyata keçiriləcək və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Müsabiqəyə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları layihələr təqdim edə bilər.

Müsabiqənin qaydaları ilə www.riib.az internet saytında tanış olmaq və (012) 488 01 50, (050) 600 01 50 telefon nömrələri və “150” çağrı mərkəzinə müraciət etmək olar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30