SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadın səfalı yurdu - Behrud

Ordubadın səfalı yurdu - Behrud
28-07-2019, 16:30

Naxçıvanın hər bölgəsi gözəldir lakin Ordubad füsünkar təbiəti ilə daha da fərqlənir. “Azərbaycanın incisi” adlandırılan Ordubadın səfalı təbəti ilin hər fəslində ayrı bir gözəl mənzərəyə sahibdir. NAXCİVANXEBERLERİ.COM olaraq bu yazıda Ordubad rayonunun Behrud kəndi haqqında məlumat verəcəyik.
Keçinqalandaş dağının ətəyində yerləşən Behrud kəndi gün doğandan öz şəfəqlərini Qapıcıq zirvəsindən alır. Bir tərəfdən əzəmətli dağlar, digər tərəfdənsə Gilançayın səs-küylü axarı bu kənddə xüsusi bir harmoniya yaradır. Qızmar yay günündə günəşin yandırıcı təsirindən qorunmaq, və istirahət etmək üçün bu kəndə gedənlərin sayı da az deyil. 156 evdən və 82 təsərrüfatdan ibarət olan Behrud kəndinin insanları kənd təsərrüfatının heyvandarlıq, meyvəçilik, arıçılıq, limonçuluq sahəsi ilə məşğuldurlar. 2012- ci ildə Ordubad rayonunun Behrud kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir. Kənd yaşayış məntəqələrində bu cür şəritin yaradılması sakinlərin sosial-rifah halının yüksəldilməsinə şərait yaratmışdır. Kənd ağsaqqaları ilə həmsöhbət olan zaman qeyd edildi ki, bu kəndin tarixi eramızın əvvəlindən başlamışdır. Kənddə aparılan arxeoloji qazıntılar zamanı bir neçə yunan qəbirlərinə rast gəlinmişdir ki bu da onu göstəriri ki yunanlar eramızdan əvvəl IV əsrdə burda məskunlaşmışdırlar. Bundan əlavə kənddə aşkar olunan saxsı qablar bu kəndin eramızdan əvvəl bir tarixə məxsus olduğunu göstərir. Tarixin bir çox sınaqlarından üzü ağ çıxmış bu kənd XIX əsrin əvvəllərində bir neçə dəfə mənfur qonşuların hücumuna məruz qalsa da, kəndin mərd oğulları düşməni yaxına buraxmayıb.
Kəndin yaşlı ağsaqqallarının dediyinə görə, bu kəndin mühafizə olunmasında Keçinqalandaş dağının böyük rolu olub. Kəndin adının Behrud adlandırılması fars dilində “Beh” gözəl səfalı ,“rud” isə yurd yeri mənasını ifadə edir. Gözəl yurd yeri, səfalı məkan olmaqla yanaşı insanlarının qonaqpərvərliyi yolumuzu bir də bu kənddən salmağa ruhlandırır. Hələ burada ordubad limonu ilə bir çay içdikdən sonra bu kənddən heç getmək istəmirsən.
Artıq vaxt yetişir. Nə qədər çətin olsa da, bu gözəl kənddən ayrılmalıyıq. Amma biz bu kəndlə vidalaşmırıq. Çünki bu səfalı yerləri görməyə yenə gələcəyik..


Günel NUR

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31