SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda taxıl biçini davam edir

Şahbuz rayonunda taxıl biçini davam edir
27-07-2019, 15:25

Şahbuz rayonunda taxıl biçini davam edir. Biçində 10 kombaynın gücündən istifadə olunur. Rayonun təbii iqlim şəraitinə uyğun olaraq burada taxıl biçininə digər rayonlarla müqayisədə gec başlanılır. Artıq rayonda bir neçə gündür ki, sahələrdə taxıl biçininə start verilib. Biçində “Naxçıvan Aqrolizinq” ASC-nin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxslərə aid isə 8 kombayndan istifadə olunur. Taxıl biçini yekunlaşan rayonların texnikaları da Şahbuz rayonuna göndərilib. Biçin əsasən Şahbuzkənd, Türkeş, Sələsüz, Daylaqlı, Mahmudoba kəndlərində və Şahbuz şəhərində aparılır. Artıq 1039 hektar sahədə biçin aparılıb. Rayon icra hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramovun sözlərinə görə, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində rayonda taxılçılığa maraq ildən-ilə artır. Bu il ən çox taxıl rayonun Türkeş kəndində əkilib. Torpaq mülkiyyətçiləri bu kənddə 300 hektardan artıq sahədə taxıl əkini keçiriblər. Hazırda kənddə yeni qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir. Bu isə gələcəkdə əkin sahələrindən daha çox məhsul istehsalına şərait yaradacaq. Rayonda ailə təsərrüfatı sahiblərinə lizinq yolu ilə verilən texnikalar da taxılçılığın inkişafına şərait yaradıb.
Taxıl biçinində muxtar respublikanın yeganə qadın mexanizatoru olan Ayrınc kənd sakini 62 yaşlı Sürəyya Quliyeva da yeni aldığı müasir kombaynla biçinin gedişində fəal iştirak edir. Qadın sahibkar özünəməxsus kənd təsərrüfatı texnikalarını, yük və minik avtomobillərini də özü idarə edir. Bu texnikaların köməyi sayəsində ailə üzvləri ilə birlikdə geniş təsərrüfat sahəsi yaradıb. Ailə üzvləri 110 hektar sahədə taxıl əkib. Bu il Sürəyya Quliyevaya “Naxçıvan Aqrolizinq” ASC-i tərəfindən lizinq yolu ilə 1 ədəd kombayn da verilib. O, ailə üzvləri ilə birlikdə həm öz sahəsində, həm də digər torpaq mülkiyyətçilərinin taxıl sahələrində biçin kampaniyasında fəal iştirak edir.

Novruz MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031