SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan FHN Belarusdakı kursantlara təqaüd ödənilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Naxçıvan FHN Belarusdakı kursantlara təqaüd ödənilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirdi
26-07-2019, 17:54

Son günlər bəzi informasiya saytlarında Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutuna təhsil almağa göndərilən kursantlara dövlət tərəfindən ayrılmış təqaüdün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam ödənilməməsi ilə bağlı əsassız və həqiqəti əks etdirməyən informasiyalar yayılır.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a bildirilib.

Məlumatda qeyd edilir ki, Belarusun Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunda təhsil alan kursantlar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən seçilmir və onlara təqaüdü nazirlik ödəmir. Bütün bu məsələlər 2006-cı il oktyabrın 17-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Belarusun Fövqəladə Hallar Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında sazişlə tənzimlənir. Həmin sazişə əsasən Belarusun Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutuna təhsil almağa göndərilən kursantlar Dövlət İmtahan Mərkəzinin I qrup üzrə keçirdiyi qəbul imtahanların nəticələrinə əsasən müəyyənləşdirilir. Belə ki, imtahanlarda müvafiq keçid balını toplayan abituriyentlər arasında seçim aparılır. Nəticədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daha yüksək balla qəbul olan gənclər Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunda təhsil almağa göndərilirlər. Təhsil aldıqları dövrdə həmin gənclərə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən aylıq təqaüd ödənilir

Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunu bitirən və hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin təsdiq etdikləri kimi onlar təhsil aldıqları dövrdə aylıq təqaüdlə tam təmin olunublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30