SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə - Təkrar İMTAHAN

“Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahan vermiş abituriyentlərin nəzərinə - Təkrar İMTAHAN
26-07-2019, 13:49

“Musiqi sənəti” istiqaməti üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün “Musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə 23.07.2019-cu il tarixində Bakıda və regionlarda test imtahanı keçirilib.

Dövlət imtahan Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeydiyyat zamanı bir neçə komissiya üzrə qeydiyyatdan keçən və bu komissiyalar üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qeyri-məqbul qiymət aldıqları halda onlar üçün təkrar test imtahanı keçiriləcək. Həmin imtahan 27 iyul 2019-cu il tarixində saat 12:00-da Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küç. 28 ünvanında yerləşən binasında (Bakı Asya Universitetinin binası) keçiriləcək. Bu imtahanın nəticəsi 38 və 48-ci komissiyaların nəticəsini dəyişdirməyəcək.

Qeyd edək ki, 23.07.2019-cu il tarixində keçirilən imtahanda iştirak etməyən abituriyentlər bu imtahana buraxılmayacaqlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930