SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnternetdən istifadənin faydalı və zərərli təsirləri-ARAŞDIRMA

İnternetdən istifadənin faydalı və zərərli təsirləri-ARAŞDIRMA
25-07-2019, 15:20

XXI əsrdə cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan İnformasiya Kommunikasiya Texnologiyalarının insanların həyatında rolu getdikcə artmaqdadır. İnternet bir çox kompüter şəbəkəsinin bir-birinə bağlı olduğu, dünyada məşhur olan və dayanmadan böyüyən ünsiyyət vasitəsidir. İnternet həyatımıza elektrikin kəşfi, mətbəənin yaranması, rabitə üçün telefon sisteminin qurulması qədər təəccüb doğuran yeniliklərdən biri kimi daxil oldu. Ancaq bu texnologiya təkcə ünsiyyət vasitəsi deyil, bir çoxumuz üçün gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilmişdir. Biz bu texnologiyanın köməyi ilə bir çox mövzularla əlaqədar məlumatları asan və sürətli şəkildə əldə edə bilirik. İnternetdən istifadə artdıqca onunla baglı fərqli görüşlər də ortaya çıxmağa başladı. Bir qrup insanlar interneti insanları bir-birindən uzaqlaşdıran və üz-üzə ünsiyyəti aradan qaldıran vasitə kimi qiymətləndirir. Digər qrup isə internetdən istifadənin vərdiş halına gəlməsini və bunun nəticəsində iş yerlərində məhsuldarlığının aşağı düşdüyünü düşünür.

İnternet artıq həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnternetdən istifadənin zərərli və faydalı təsirləri vardır. İnternetin zərərli təsirlərinə: zərərli saytlardan asanlıqla istifadə edilməsi, internetdən səmərəsiz istifadənin ailədaxili qarşıdurmalara gətirib çıxarması, iqtisadi baxımdan maddi zərərə, zaman itkisinə, internetdə insanın özünü olduğu kimi əks etdirməməsi səbəbindən şəxsiyyət qarışıqlığına səbəb olması, internetdən gərəkli-gərəksiz istifadə asılılığı və sağlamlığa təsir edən bir çox halların yaranmasını qeyd edə bilərik.
İnternetin uşaq və gənclər üzərindəki mənfi təsirlərindən biri də kompyuter oyunlarıdır. Normal oyunların uşaqların fiziki və zehni inkişafında bir çox faydası var. Lakin müasir günümüzdə bir çox internet saytlarında yer alan oyunlar uşaq və yeniyetmə¬lərdə asılılıq yaradır, zorakılıq meyllərini artırır, aqressiv davranışların çoxalmasına səbəb olur.

Bütün bu mənfi hallarla yanaşı internet resursları şagirdlərin öyrənmə vərdişlərini və məlumat təcrübələrini zənginləşdirir, lazım olan məlumatları sürətli və az bir zamanda əldə etmə imkanları yaradır.
İnternet hər kəsin özünü ifadə edə biləcəyi, milyonlarla insanın istifadə etdiyi virtual dünyadır. İnternetin ən çox yayılmasına təsir edən amillərindən biri də elektron ticarətdir. Elektron ticarət vasitəsilə dünyanın hər hansı yerindən, virtual alış-veriş mərkəzindən istənilən məhsulu sifariş verə və bir neçə gün ərzində bu məhsulu əldə edə bilirik.
İnsanların çoxu internetdən istifadə etməklə elektron ticarət vasitəsilə daha rahat alqı-satqı edə bildikləri kimi, olduğu məkandan dünyanın istənilən ölkəsi ilə ünsiyyət qura bilirlər. Texnologiya biz istəsək də, istəməsək öz zamanına uyğun mədəniyyəti də forma¬laşdırır. İnternetdən istifadə üçün də belədir. Bu əhəmiyyətli ünsiyyət vasitəsindən ifrata varmadan faydalı və səmərəli yararlanmalı, informasiya kommunikasiya texnologiyala¬rın¬dan etik qaydalar gözlənilərək istifadə edilməlidir.
Məlumdur ki, internet bir bilik kitabxanası funksiyasını da yerinə yetirir. Çünki internetdə axtarıb tapa bilməyəcəyimiz bir şey yoxdur. Ədəbiyyat, tarix, riyaziyyat, mədəniyyət, incəsənət, bir sözlə axtardıgımız hər şeyi internetdən əldə etmək mümkündür. Bu cəhətdən də internet asan və ucuz bir təlim vasitəsi olmaqla yanaşı gərəkli və əhəmiyyətli sayılan texnologiyadır.


İbrahimova Kəmalə

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30