SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər
22-07-2019, 17:30

Bugün dünyanın qabaqcıl ali təhsil müəssisələrinin qarşısında duran əsas məsələlərdən biri mövcud kadr potensialının zənginləşdirilməsi, professor-müəllim heyətinin müasir standartlara cavab verən təhsil imkanlarından isifadəsinə və regional tədbirlərlə yanaşı həmçinin beynəlxalq elmi arenalarda da iştirakına şərait yaratmaqdır.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə, Naxçıvan Müəllimlər İnstitutu da öz imkan və təhsil göstəricilərinə görə ölkəmizin nümunəvi ali məktəbləri sırasında yer tutur və hər zaman yuxarıda qeyd olunan prioritetləri öz fəaliyyətində tətbiq edir.
Məlumat üçünqeyd edək ki, iyul ayının 16-dan 20-dək Türkiyə Cümhuriyyətinin Kütahya Dumlupınar Universitetində “Ümumiləşmiş Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. 13 müxtəlif ölkədən 32 elm adamının iştirak etdiyi bu tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun da 3 nəfər əməkdaşı - professor Yaqub Məmmədov, dosent Sahib Əliyev və gənc tədqiqatçı-doktorant Vüqar Həmzəyev öz məruzələri ilə iştirak etmişlər.İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, suallar ətraflı cavablandırılmışdır.
Hesab edirik ki, elmi fəaliyyətin bu cür təşkili, institut əməkdaşlarının beynəlxalq tədbirlərə qoşulması, qazandıqları təcrübə və dünyagörüşü son nəticədə özləri ilə yanaşı həmdə institutumuzun tədris işinə özmüsbət təsirini göstərəcəkdir.


Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblərNaxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930