SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Muxtar respublika üzrə  4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib
22-07-2019, 11:27

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari ilin 6 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilmişdir. Belə ki, muxtar respublika üzrə 4224 nəfər sığortaolunana Fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilmişdir. Bunlardan 336 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 586 nəfər sığortaolunana hamiləliyə və doğuma görə, 1909 nəfər sığortaolunana uşağın anadan olmasına, 1354 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilmişdir. Eyni zamanda vəfat etmiş 39 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə isə dəfn üçün müavinət ödənilmişdir.
Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031