SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad yolları abadlaşdırılır

Ordubad yolları abadlaşdırılır
21-07-2019, 21:20

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə, yağış sularının sıradan çıxardığı hissələrin təmirinə xüsusi diqqət yetirilir. Ordubad Rayon Yol Təmir İstismar İdarəsi tərəfindən bu ilin ilk yarısında Ordubad şəhərdaxili, Aza-Biləv-Parağa, Ordubad-Nüsnüs yollarında çala təmiri işlərı aparılıb, Bist-Nürgüt, Bist-Nəsirvaz yolları palçıqdan təmizlənmiş, dağlıq ərazidə yerləşən yollar daş-çınqıldan təmizlənərək hamarlanıb, Pəzməri kəndinin girəcəyində iri diametrli boru quraşdırılıb, Anaqut kəndində tikilən məscidə yol çəkilib ümumilikdə 2019-cu ilin müvafiq dövründə 201452 manatlıq iş görülüb. Hazırda isə Dəstə başından Vənənd kəndi istiqamətində çala təmiri işləri aparılır.

Onu da qeyd edək ki, Dəstə kəndində aparılan kompleks quruculuq işləri ilə əlaqədar 5500 metr uzunluğunda kənddaxili yollar yenidən qurularaq asfaltlaşdırılıb yol kənarlarında suayırıclar düzəldilib.


“EL HƏYATI”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031