SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub
20-07-2019, 11:30

22 iyul – Milli Mətbuatvə JurnalistikaGünüilə əlaqədar Naxçıvan Dövlət Universitetində tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü rolunu oynaya bilirlər. Rektor KİV-ə göstərilən dövlət dəstəyinin jurnalist kadrlarının yetişməsində oynadığı rolu xüsusilə vurğulayaraq əlamətdar tarixi gün münasibətilə universitetin media kollektivini təbrik edib.
“Jurnalistika və kitabxanaçılıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Naxçıvan Muxtar Respublikasında Jurnalistika ixtisası üzrə kadr hazırlığı” adlı çıxışında bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, Naxçıvan Dövlət Universitetində də milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Sonra “Azərbaycan mediası: reallıqlar və perspektivlər”, “Tələbə jurnalistlərin yetişməsində universitetin Media mərkəzinin rolu” adlı çıxışlar dinlənilib.
Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov da çıxış edərək əlamətdar tarixi gün münasibətilə bütün kollektivi təbrik edib, gələcəyin jurnalist kadrlarına uğurlar arzulayıb. Qeyd edilib ki, universitetin Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şəraitvardır. Universitetdə təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və hətta Azərbaycan mediasına çatdırılması istiqamətində mərkəzin fəaliyyəti təqdirəlayiq dəyərləndirilib.
Sonra rektor tərəfindən milli mətbuatın 144 illiyi münasibətilə universitetin “Qeyrət” nəşriyyatında, media mərkəzində çalışan bir qrup əməkdaşa pul mükafatı təqdim edilib.


Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub
Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub
Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031