SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
19-07-2019, 18:20

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, bu il Azərbaycan xalqının Ümummilli lideri, ömrünü xalqına, millətinə həsr edən, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur. Dahi şəxsiyyət hakimiyyətinin bütün mərhələlərində Azərbaycan xalqının tarixən formalaşan milli dəyərlər sisteminin daşıyıcısı olan ailə dəyərlərinə önəm vermiş, memarı olduğu dövlət ailə siyasətinin uğurla həyata keçirilməsinə həssaslıqla yanaşmışdır.
Qeyd etmişdir ki, Ulu Öndərin miras qoyub getdiyi bu siyasi xətt ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ailə dəyərlərimizin qorunması və yaşadılmasına diqqət və qayğı ilə yanaşır. Həmçinin muxtar respublikada qadınların sağlamlıqlarının qorunması, məşğulluqlarının təmin olunması, dövlət idarəçiliyində rolunun artırılması istiqamətində, uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Komitə sədri bildirmişdir ki, ailə, qadın və uşaq məsələlərinin dəyərlərimizə uyğun, cəmiyyət olaraq inkişafımıza təsir edəcək yöndə təbliği də zəruri hesab olunur. Çünki ailə, qadın və uşaq məsələləri cəmiyyətin təməlini təşkil edir və cəmiyyətdə ən həssas amil hesab olunur. Bu baxımdan informasiya cəmiyyətinin – teleradioların, mətbuat orqanları əməkdaşlarının, həmçinin internet resursları, sosial şəbəkə istifadəçilərinin üzərinə mühüm vəzifələr düşür.
Kütləvi informasiya vasitələrində əhalinin, xüsusilədə ailələrin, qadınların və uşaqların maarifləndirilməsi işinə önəm verilir və bu sahədə əsaslı işlər görülür. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq televiziya, radio və sosial şəbəkələrdə maarifləndirici çıxışlar edilir, yazılar dərc olunur. Çıxışlarda ailə dəyərlərimiz, milli dəyərlərimiz, erkən və qan qohumliğu nigahlarının fəsadları, ailə münasibətləri, yeniyetmə və gənclərə ailə dəyərlərini aşılamaq, uşaqlarımızı düzgün tərbiyə etmək və böyütmək, onların asudə vaxtlarının səmərəli təşkil olunması və bu kimi bir çox mövzularda geniş və əhatəli məlumatlar verilir.
Komitə sədri bildirmişdir ki, muxtar respublikada fəaliyyət göstərən teleradiolar və mətbuat orqanları ailə, qadın və uşaq məsələlərini cəmiyyət həyatına uyğun, milli-mənəvi dəyərlərimiz nəzərə alınmaqla işıqlandırır. Lakin müasir dövrdə ailə, qadın və uşaq məsələləri dinamikdir, cəmiyyətimizin informasiya məkanı açıqdır, belə bir şəraitdə yad təsirlər daha çox ola bilər. Buna görə də televiziya və radio, mətbuat ailə, qadın və uşaq məsələlərini gündəmdə saxlamalı, bu sahədə informasiya boşluğu yaratmamalıdır. Daim ailə dəyərlərimiz, əzmkar, ailəsinə bağlı, əxlaq məktəbi olan qadınlarımız, ağsaqqal-ağbirçək öyüd-nəshihəti, uşaqlara qayğı, ənənəvi ailə münasibətlərimiz, uşaqların intelektual səviyyələrinin inkişafı üçün, sağlam həyat tərzli verlişlər bundan sonrada televiziyalarda mütəmadı göstərilməli, radio dalğalarında eşidilməli, mətbuat səhifələrinə yazılmalıdır.
Əlavə olaraq bildirildi ki, təbii ki, ənənəvi mediya – teleradiolar və mətbuat orqanları ilə yanaşı, günümüzdə informasiyanı sürətlə yayan sosial şəbəkələrin ailə, qadın və uşaq məsələlərinin yayılmasında rolu heç də az deyildir. Gənc nəsil informasiyanı daha çox internet resurslarından, sosial şəbəkələrdən mənimsədiyi üçün ailə dəyərlərimizin bu resurslarda yayılması onların tərbiyəsini, həyat tərzini formalaşdırır. Ona görə də sosial şəbəkələrdə nümunəvi uzunömürlü ailələri, ailələrimizin bütövlüyünü qorumağı, həyat yoldaşı şəhid olan övladlarını təkbaşına boya-başa çatdıran analarımızı, xalqımıza, dövlətimizə fədakarlıqla xidmət edən qadınlarımızı, istedadlı uşaqlarımızı təbliğ etməliyik.
Sonra isə Komitə sədri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsi haqqında ətraflı məlumat vermiş, müsabiqə qaliblərini təbrik etmiş, bütün iştirakçılara uğurlar arzulamışdır. Həmçinin Ramilə Seyidova bütün mətbuat orqanları əməkdaşlarını qarşıdan gələn 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov da mövzu ətrafında çıxış edərək bildirmişdir ki, Ulu Öndər ¬Heydər Əliyevin əsasını qoyduğu ailə, qadın və uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada ailə dəyərlərimizin qorunması və yaşadılmasına, qadınların ictimai fəallığının artırılmasına, uşaqların təlim-tərbiyəsinin təşkilinə qayğı göstərilir, ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılır.
Vurğulamışdır ki, gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə təşkil olunmuş “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda IV muxtar respublika yaradıcılıq müsabiqəsi də məhz Azərbaycan ailəsinin ailə dəyərlərini təbliğ etmək üçün keçirilmişdir Rovşən Məmmədov mətbuat orqanlarında ailə dəyərləri ilə bağlı dərc olunan yazılardan ətraflı bəhs etdı.
Naxçıvan Muxtar Respublikasının Tele¬viziya və Radio Şurasının üzvü Sara Əzimova qeyd etmişdir ki, ailə dəyərlərimizin təbliğində belə müsabiqələrin təşkili vacibdir. Bu müsabiqədə hər il muxtar respublikada fəaliyyət göstərən teleradio əməkdaşları da fəal iştirak edir, uğurlu nəticələr qazanırlar. Həmçinin bildirmişdir ki, ailə dəyərlərinin təbliğində kütləvi ictimai rəyi formalaşdıran kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanın üzərinə böyük iş düşür. Sevindirici haldır ki, muxtar respublikada fəaliyyət göstərən telekanallarda ailə dəyərlərimiz diqqətdən kənarda qalmır, silsilə verilişlər hazırlanaraq təqdim olunur.
Sara Əzimova televiziya və radiolarda ailə dəyərləri ilə əlaqədar verilən verilişlər haqqında ətraflı danışmış və bu il Naxçıvanda “Ailə təsərrüfatları” ili elan olunması ilə əlaqədar televiziyanın ən uğurlu layihələrindən olan “Zəhmətkeş” və “Ailə təsərrüfatları” verilişlərini xüsusilə qeyd edərək bildirmişdir ki, ayda bir dəfə yayımlanan bu verilişlərdə ailə birliyi, ailə möhkəmliyi təbliğ olunur. Maarifçi və tədris televiziyası kimi nəzərdə tutulan “Kanal-35” Televiziyası da ailə dəyərləri ilə bağlı müxtəlif videoçarxlar hazırlayaraq efirə təqdim edir.
Həmçinin Sara Əzimova qeyd etmişdir ki, bu sahədə hazırlanan verilişlərin sayı çoxaldılmalı, sosial şəbəkələrin imkanlarından daha da geniş istifadə olunmalıdır. Teleradiolar ailə dəyərləri, ailə və cəmiyyətin özəyi kimi qadının rolu, ailədaxili və peşəkar mühitdə qadının bərabərhüquqlu tərəfdaş kimi təqdim edilməsi sahəsində maarifləndirməni gücləndirməlidirlər.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstutunun şöbə müdiri Asəf Orucov da çıxış edərək muxtar respublikada ailə dəyərlərinə göstərilən diqqət və qayğıdan söhbət açmışdır. Bildirmişdir ki, “Ailə dəyərlərimiz film və fotolarda” IV muxtar respublika yaradıcılıq müsabiqəsinində məqsədi məhz gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirməkdir.
Tədbirdə müsabiqənin qalibləri elan olunmuş, ümumilikdə ən yaxşı film və ən yaxşı foto nominasiyası üzrə 2 nəfər I yerə, 2 nəfər II yerə, 2 nəfər III yerə, 6 nəfər isə həvəsləndirici yerlərə layiq görülmüşdür. Qaliblərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom, hədiyyə və pul mükafatları verilmişdir.
Tədbirin sonunda müsabiqəyə təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olmuş, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş etdirilmişdir.
Məlumat üçün bildirək ki, müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 41 nəfər 117 ədəd film və foto təqdim etmişdir.

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031