SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda festival havası: Avropa gəncləri Bakıya axışır

Azərbaycanda festival havası: Avropa gəncləri Bakıya axışır
19-07-2019, 14:49

Azərbaycan 21 – 27 iyulda daha bir mötəbər yarışa – Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 1991-ci ildə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən təsis edilən Avropa Gənclər Olimpiya Festivalı (EYOF) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirilir. Festival ilk dəfə Belçikanın paytaxtı Brüsseldə təşkil olunub.

İki ildən bir reallaşan EYOF 1993-cü ildən etibarən ildə 2 dəfə - yay və qış formatında olur. Brüsseldən sonra Avropa Gənclər Yay Olimpiya Festivalına Valkensvaard (Hollandiya), Bat (Böyük Britaniya), Lissabon (Portuqaliya), Esbyerq (Danimarka), Mursiya (İspaniya), Paris (Fransa), Linyano-Sabbyadoro (İtaliya), Belqrad (Serbiya), Tampere (Finlandiya), Trabzon (Türkiyə), Utrext (Hollandiya), Tbilisi (Gürcüstan) və Qyor (Macarıstan) şəhərləri ev sahibliyi edib. 2021-ci il üçün bu hüquq Koşitseyə (Slovakiya) verilib. İki il sonra isə festivalı Koper (Sloveniya) təşkil edəcək.

Bu il Avropa Gənclər Qış Olimpiya Festivalı Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və İstoçno-Sarayevoda keçirilib. Daha öncə isə Aosta (İtaliya), Andorra-la-Velya (Andorra), Sundsvall (İsveç), Poprad (Slovakiya), Vuokatti (Finlandiya), Bled (Sloveniya), Monte (İsveçrə), Xaka (İspaniya), Yuxarı Sileziya (Polşa), Liberets (Çexiya), Braşov (Rumıniya), Forarlberq - Vaduts (Avstriya və Lixtenşteyn) və Ərzurum (Türkiyə) ev sahibi olub. Vuokatti 2021-ci idə yenidən təşkilatçı rolunda çıxış edəcək. Ondan sonra estafeti Friuli - Venesiya-Culiya (İtaliya) davam etdirəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031