SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb

Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb
19-07-2019, 14:10

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan şəhər prokuroruğunun əməkdaşları Qaraçuq kəndində, kənd icra nümayəndəsi Əli Novruzovun iştirakı ilə nümayəndəliyin inzibati binasında vətəndaşların qəbulunu həyata keçirib.

Görüşdə şəhər prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev və prokurorun köməkçisi Aygül Əsədova vətəndaşların müraciətlərilə yaxından tanış olub, onların təkliflərini dinləyiblər. Qəbul zamanı müraciət edən şəxslərə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunub. Həmin məsələlərlə bağlı vətəndaşlara məsləhətlər verilib və qanunvericiliyin tələbləri izah olunub.

Qeyd edək ki, şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər ərazisinin müxtəlif yerlərində növbəti belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031