SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

18-07-2019, 22:12

"Mazda Motor" şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2018-ci ilin avqustunadək Rusiyada satılmış "Mazda 6" və CX-5 modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur müəyyən hallarda mühərrikin işinin dayanmasına səbəb ola bilər.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031