SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın ucqar bölgələrində 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək

Azərbaycanın ucqar bölgələrində 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək
18-07-2019, 17:59

Azərbaycanda 32 bölgəni əhatə etməklə daha 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması nəzərdə tutulur.

NAXCİVANXEBERLERİ.COM
-un məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O, hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib.

E.Əmrullayev əlavə edib ki, 250-300 icma əsaslı məktəbəqədər qrupun açılması əlavə olaraq 5000-6000 nəfər 3-5 yaşlı uşaq üçün Azərbaycanın ucqar bölgələrində təhsil imkanının yaradılması deməkdir.

Təhsilin keyfiyyətinin artması baxımından məktəbəqədər təhsilin əhəmiyyətinin çox böyük olduğunu söyləyən nazirlik rəsmisi bildirib ki, ötən 2 il ərzində Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 100 icmada 2000 uşaq üçün oxşar qruplar yaradılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031