SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib
18-07-2019, 11:33

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidmətində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi Dövlət Miqrasiya Xidmətində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin Mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov “Dövlət Miqrasiya Xidmətində mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi, fövqəladə hallara hazırlıqla bağlımüəyyən olunmuş tələblərin yerinə yetirilməsi” qaydaları haqqında iştirakçılara məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazından zəhərlənmə təhlükəsi haqqında, eyni zamanda mövsümlə əlaqədar olan istivurma, günvurma, çimərliklərdə təhlükəsizlik və davranış qaydaları haqqında tədbir iştirakçılarına dolğun məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031