SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİQQƏT! - Üzdə yaranan sızanaqlar ciddi xəstəliklərin səbəbi ola bilər

DİQQƏT! - Üzdə yaranan sızanaqlar ciddi xəstəliklərin səbəbi ola bilər
27-12-2018, 23:12

Üzümüzün fərqli hissələrində yaranan sızanaqlar bir sıra xəstəliklərin əlaməti ola bilər.

Belə ki, mütəxəssislər sızanaqların üzdə yerləşmə mövqeyinə görə xəstəlikləri təyin etməyin mümkün olduğunu deyir.

NAXCİVANXEBERLERİ.COM mütəxəssis rəyinə əsasən üzdə yaranan sızanaqların hansı xəstəliklərin xəbərçisi olmasını açıqlayır:

1. Alın hissə

Alında sızanaq çıxması tez-tez rast gəlinən bir hal olsa da ciddi xəstəliklərdən xəbər verir. Belə ki, alında çıxan sızanaqlar stress, yuxusuzluq kimi əlamətlərə səbəb olan qaraciyər, həzm sistemi xəstəliklərindən xəbər verir.

2. Çənə

Çənə hissədə olan sızanaqlar hormonal disbalansın və həzm sistemi problemlərinin göztəricisidir.

3. Üzün kənarları

Aparılan araşdırmaya görə, üzün kənarlarında yaranan sızanaqlar hormonal pozuntu səbəbindən yaranır. İstifadə etdiyiniz kremlər də yaranmasına səbəb ola bilər. Bu zaman kosmetik vasitələrinizi və kremlərinizi dəyişdirməkdə fayda var.

4. Yanaqlar

Yanaqlarda olan sızanaqların ən böyük səbəbi gündəlik istifadə edilən şəkər miqdarıdır. Bundan əlavə, bəzi nəfəs yolları xəstəlikləri və ağciyər problemləri də səbəb ola bilər.

5. Qaşların arası

Qaşların arasında yaranan sızanaqlar qaraciyərdə meydana gələn bir sıra sağlamlıq problemlərinin göstəricisi hesab edilir.

6. Burun və üst dodaq kənarları

Bunun səbəbi çox miqdarda tünd ədviyyatlardan istifadə olunmasıdır. Üst dodaqlarda və burunda yaranan sızanaqlar çox ciddi ürək və böyrək problemlərinin xəbərçisi ola bilər.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930