SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları
17-07-2019, 09:00

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olmuşdur.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə ,istirahətin ilk günü olduqca maraqlı və əyləncəli keçdi. Otaqlara yerləşdikdən sonra gənclər Ağbulaq İstirahət Mərkəzi ilə tanış olmuş və bu gənclərdə xoş təəssürat yaratmışdır. Milli mətbəximizin ləziz təamlarından ibarət nahar yeməyindən sonra gənclər futbol və voleybol oynamış, "Vətəni tanı" İntellektual Oyunu və stolüstü oyunlar üzrə bir-birlərilə yarışmışlar. Axşam yeməyindən sonra isə gənclərə Şəhid Tural Haşımlının həyatından bəhs edən film nümayiş olunmuş, gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunmuşdur. Qeyd edək ki, gənclər gündə üç dəfə milli mətbəximizin ləziz təamları ilə qidalanır, gündə iki dəfə isə onlara şirniyyatla çay süfrəsi təşkil edilir. Gənclərin sağlamlığı da diqqət mərkəzində saxlanılmış, zərurət yarandığı halda ilkin tibbi yardım göstərmək üçün Yay Məktəbində həkimin iştirakı təmin olunmuşdur. “Yay Məktəbi” ndə 60-a yaxın "Naxçıvan" Universitetinin tələbələri və fəal könüllü gənclər iştirak edir.
Qeyd edək ki “Yay Məktəbi” iyul ayının 19-na qədər davam edəcəkdir.



Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi” nin növbəti qonaqları "Naxçıvan" Universitetinin tələbələri olub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031