SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Proqramının icrası uğurla davam etdirilir

Dövlət Proqramının icrası uğurla davam etdirilir
16-07-2019, 18:10

Muxtar respublikada arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə son illərdə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətlərdə məqsədyönlü tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli dərəcədə artım müşahidə edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması və aidiyyatı təşkilatlar tərəfindən bu proqramın icrası muxtar respublikada arıçılığın inkişafına böyük stimul vermişdir. Arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkil edilməsi, hər arı ailəsinə görə subsidiyanın verilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada arıçılığın inkişafı üçün geniş imkanlar açmışdır.
Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılmış, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarından 10 halda laboratoriya təhlilləri aparılmış, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Dövlət Proqramının icrası istiqamətində qabaqcıl təcrübə öyrənilmiş, arıçılıq təsərrüfatlarında istifadə olunan arıçılıq ləvazimatlarının, arı yeşiyi, çərçivə, körük, arıçı geyim forması və əlcək istehsalı sahələrinin yaradılması istiqamətdə sahibkarlar arasında maarifləndirmə tədbirləri aparılmış, dövlət maliyyə dəstəyi çərçivəsində layihələr təklif edilmişdir.
Arıçılıq təsərrüfatının yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Şərur, Ordubad, Culfa və Şahbuz rayonları üzrə 7 arıçılıq təsərrüfatına 78.200 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmiş, arıçılıqla məşğul olan təsərrüfatlarda maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
“Naxçıvan Arıçılığı” MMC-də istehsal olunan arı mum listinin (varşina) muxtar respublikanın şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən ticarət obyektlərinə verilməsi, həmçinin arı mum vərəqinin istehsalçısı və satışı haqda reklam xarakterli məlumatın vurulması arıçılıq məhsullarının tanıdılması və ailə təsərrüfatlarının stimullaşdırılmasına şərait yaratmışdır.

İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımından ən səmərəli təsərrüfat sahəsi hesab olunur. Bu məqsədlə Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən işlər arıçılıq təsərrüfatlarının inkişafına şərait yaratmaqla yanaşı formalaşan sahibkarlıq mühitinə də öz töhvəsini vermiş olacaqdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031