SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan da gənc polis əməkdaşları and içdilər

Naxçıvan da gənc polis əməkdaşları and içdilər
16-07-2019, 16:58

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu keçən gənc polis əməkdaşlarının andiçmə mərasimi olub. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov və Nazirliyin Kadrlar Şöbəsinin rəisi, polis kapitanı Səadət ­İsgəndərli çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi kadr hazırlığı işində mühüm əhəmiyyətə malikdir. Hazırda məktəb kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Çıxışlardan sonra məzunlar Azərbaycan Respublikasına və onun xalqına sədaqətlə xidmət edəcəklərinə and içiblər.

Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponat­lara baxış olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031