SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib

Şahbuz  şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir  keçirilib
16-07-2019, 15:39

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhər İcra Nümayəndəliyində rayonun kənd icra nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Şahbuz rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Söhrab Kərimov açaraq keçirilən tədbirin vacibliyindən danışaraq strateji əhəmiyyətli məhsulların yanğınlardan qorunması və biçindən sonra görüləcək yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsindən ətraflı məlumat vermişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov çıxış edərək iştirakçılara dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən muxtar respublika ərazisində bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanıldığını və nazirlik tərəfindən bu sahədə görülmüş işlərdən ətraflı məlumatlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsinin baş inspektoru polis kapitanı Əhməd Məmmədov ot-taxıl biçini dövründə vətəndaşlar, sahibkarlar və torpaq mülkiyyətçiləri tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması, həmçinin biçindən sonra sahələrin yandırılmasına o cümlədən biçindən sonra əkin sahələrinin yandırılmaması üçün artıq ötən ildən İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimələrin tətbiq olunması haqqında ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət mayoru Adəm Kərimov ot-taxıl biçini dövründə taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədi ilə kombaynlara və digər kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişdir.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slaydlar təqdim olunmuşdur.
Tədbirə Şahbuz rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Söhrab Kərimov yekun vuraraq günün ən aktual mövzusu olan taxıl biçini dövründə yanğın təhlükəsizliyin təmin olunması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə kənd icra nümayəndələrinə və bələdiyyələrə tapşırıq və tövsiyələrini vermişdir.




Şahbuz  şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir  keçirilib
Şahbuz  şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir  keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031